Modern.az

Türkiyə Rusiyanı “düşmən ölkə” siyahısından cıxarır

Türkiyə Rusiyanı “düşmən ölkə” siyahısından cıxarır

Təhsil

23 Avqust 2010, 19:15

Türkiyə Rusiyanı, İranı, Yunanıstanı və İraqı “milli təhlükəsizliyinə qarşı təhlükə yaradan ölkələr” siyahısından çıxarmağı planlaşdırır. Modern.az “Miliyyət”ə istinadən xəbər verir ki, müvafiq qərar oktyabr ayında Milli Təhlükəsizlik Şurasının keçiləcək iclasında qəbul ediləcək.

İndiyə qədər bu dörd dövlət Türkiyənin “qara siyahısında” idi. Rəsmi Ankara bu dövlətlərə Türkiyə üçün “spesifik təhlükə yaradan ölkələr” kimi baxırdı. Yeni qərarda bu ölkələr “əməkdaşlıq imkanları olan müttəfiqlər” kimi göstəriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə