“Google” şirkəti dünyanın 1000 ən populyar saytının reytinq cədvəlini tərtib edib. Modern.az xəbər verir ki, qlobal şəbəkədə populyar saytlar arasında lider “facebook.com”, “yahoo.com” və “live.com” saytlarıdır.
Reytinqə .ru domen zonasında qeydiyyatdan keçmiş 19 sayt da daxil edilib. Onlar arasında ən çox populyarlıq qazananlar “yandex” və “mail” saytlarıdır.
“Google” şirkətinin məlumatlarına əsasən, bu saytların göstəriciləri belədir: “yandex.ru” - 38 milyon, “mail.ru” - 37 milyon.