Modern.az

Rusiya patriarxı şəhid gizirimizin meyitinin alınması üçün vəd verib

Rusiya patriarxı şəhid gizirimizin meyitinin alınması üçün vəd verib

Təhsil

24 Avqust 2010, 20:14

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Rusiya paytaxtında Moskva və bütün Rusiyanın patriarxı Kirillə görüşüb. Təkbətək görüşdə Hacı Allahşükür Paşazadə meyiti erməni tərəfində qalan Azərbaycan hərbçisi, Milli qəhrəman Mübariz İbrahimovla bağlı Kirillə şəxsən yazılı müraciət təqdim edərək, meyitin qaytarılmasında ondan yardım istəyib. Kirill Şeyxülislama söz verib ki, Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün əlindən gələni edəcək. (ANS)

Təkbətək görüşdən sonra nümayəndə heyətləri arasında davam edən danışıqlarda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr Ata da iştirak edib. Şeyx görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın təşəbbüsünü dəstəklədiyinə görə patriarxa minnətdarlıq edib. Moskva və bütün Rusiyanın patriarxı Kirill də öz növbəsində Allahşükür Paşazadənin MDB məkanında oynadığı rolu və malik olduğu nüfuzu yüksək dəyərləndirib.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, görüşdə MDB Dinlərarası Şurasının həmsədrləri olan Hacı Allahşükür Paşazadə və Kirill qurumun fəaliyyət planını da müzakirə edib. Şuranın İcraiyyə Komitəsinin yaradılması barədə qərar qəbul edilib. Bundan başqa MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasının vaxtı da dəqişləşdirilib. Gələn ilin noyabrında keçiriləcək tədbirin hələlik harada baş tutacağı bilinmir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə