Modern.az

Gürcüstanın Azərbaycanda hələ də səfiri yoxdur

Gürcüstanın Azərbaycanda hələ də səfiri yoxdur

Təhsil

25 Avqust 2010, 09:32

Gürcüstanın Azərbaycanda səfiri yenə də yoxdur. Modern.az Gürcüstanın “Apsny” agentliyinə  istinadən xəbər verir ki, gürcü parlamenti aprelin 8-də bu vəzifəyə deputat İrakli Kavtaradzenin namizədliyini təsdiqləyib. Lakin o, hələlik səfir postunu deyil, deputat səlahiyyətlərini icra edir. Gürcüstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kavtaradzenin rəsmi səfir  səlahiyyətlərinin icrasına başlaması üçün Azərbaycandan müvafiq razılıq hələlik gəlməyib. Gürcü parlamentinin xarici əlaqələr komissiyasında bununla bağlı hər hansı problem görmədiklərini bildirirlər. Qeyd olunur ki, şərq ölkələrində ənənəvi olaraq razılıq məktubu gecikir.

Xatırladaq ki, İrakli  Kavtaradzedən əvvəl Azərbaycanda səfir təyin olunmuş prezidentin mətbuat xidmətinin rəhbəri Vano Noniaşvili səfir vəzifəsindən imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə