Modern.az

Turqut Özalın güldürən xatirəsi

Turqut Özalın güldürən xatirəsi

Təhsil

25 Avqust 2010, 09:37

Türkiyə Böyük Millət Məclisi Konstitusiya komissiyasının  başçısı və AKP-dən İstanbul millət vəkili, professor Burhan Kuzu mərhum prezident Turqut Özala aid ilginc bir hadisə barədə ilk dəfə mətbuata açıqlama verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Kuzu dolayısı ilə Özalın sözləri ilə referendum qabağı elektoratı “əvət” deməyə çağırıb.  
Enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ilə birlikdə İstanbulda Sənayeçi və İşadamları Dərnəyinin iftar süfrəsinə qatılan Kuzu bir vaxtlar Özalın müşaviri olub. O, Özalın həyatından bir hadisəni danışmaqla salondakıları xeyli güldürüb. Özalın dil öyrənmək üçün 5 dostu ilə Amerikaya getməyə qərar verdiyini və birlikdə bilet aldıqlarını xatırladan Kuzu Özalın dili ilə təyyarəninin göyərtəsində baş verənləri  belə nəql edib.

 “İngilscə heç nə bilmirik. Bir “yes”, bir də “no” bilirik. Oradan bir stüardessa gəldi. Bir şeylər söylədi, anlamadıq. Bizim arkadaşlar qorxdu və “no” dedilər. Mənə gəldikdə, mən də bir şey anlamadım və “yes” dedim. Sonra biz gülməyə başladq. Biz nəyə “yes”, nəyə “no” dedik deyə... Bir az sonra isə “yes” deyənlərə yemək gəldi. Digərlərinə isə bir şey gəlmədi. Dolayısı ilə “yes” dediyin zaman faydalı bir şeydir. Təpik də gəlir , yemək də gəlir. Konkret bir şeydir. “No” qorxaq adamın işidir” –deyə Özal  bildiribmiş.

Beləliklə də professor Kuzu mərhum prezidentlə bağlı hadisəni danışmaqla Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı qarşıdan gələn referendumda “yes” deməyin zəruriliyinə işarə vurub: “Turqut Özalın dili ilə desək, ”no” qorxaq adamların işidir”.      

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə