Modern.az

AMİP siyasi partiyalarla görüşləri davam etdirir

AMİP siyasi partiyalarla görüşləri davam etdirir

Təhsil

25 Avqust 2010, 09:44

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi ölkədəki siyasi partiyalarla görüşlərini davam etdirir.

AMİP rəhbərliyi daha iki partiya rəsmiləri ilə Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemini müzakirə edib. Görüşlərdə, həmçinin, ölkədəki ictima-siyasi durum və qarşıdan gələn seçkiərlə bağlı da fikir mübadiləsi aparılıb.

Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ilk görüş Ədalət Partiyasının qərargahında keçirilib. Görüşdə partiya sədrləri Yusif Bağırzadə və İlyas İsmayılov, eləcə də AMİP Baş katibi Arzuxan Əlizadə, AMİP bələdiyyələrlə iş üzrə katibi Rəşad Bayramov və Ədalət Partiyasının təşkilat katibi Mütəllim Rəhimli iştirak ediblər.

Görüşdə AMİP-in ölkə prezidentinə, siyasi partiyalar, ziyalılar və ictimai təşkilatlara ünvanladığı müraciətlə bağlı fikir mübadiləsi aparılıb. İ.İsmayılov ATƏT-in fəaliyətdə olduğu illər ərzində münaqişənin həlli istiqamətində əməli fəaliyyət göstərmədiyini və hər dəfə problemin həllinin uzadılmasına gətirib çıxaran təkliflərlə çıxış etməsini bu qurumun problemin həllində maraqlı olmaması ilə izah edərək torpaqların işğaldan azad olunması üçün alternativ yolun olmadığını və güc yolunun yeganə məqbul variant kimi qaldığını deyib.

Y.Bağırzadə isə öz növbəsində ATƏT-in BMT tərəfindən verilən mandata uygun fəaliyət göstərmədiyini və bu baxımdan da bu qurum çərçivəsində danışıqlardan imtina olunmasının vacibliyini qeyd edərək bu istiqamətdə cəmiyyətdə vahid mövqenin olmasının vacib olduğunu bildirdi.
Ədalət Partiyası rəsmiləri öz növbələrində bu istiqamətdə AMİP-in təkliflərini dəstəklədiklərini və Qarabağ probleminin ədalətli həlli ilə bağlı üzərlərinə düşən bütün fəaliyyətə hazır olduqlarını bildirdilər.

BQP qərərgahında keçirilmiş görüşdə də F.Qəzənfəroğlu Qarabağ probleminin ədalətli həlli ilə bağlı istənilən təklifi dəstəklədiklərini və bu istiqamətdə AMİP-in təklifləri ilə də artıq tanış olduqlarını bildirib. O təkliflərə müsbət yanaşdıqlarını və bu istiqamətdə istənilən müzakirələrə hazır olduqlarını da xüsusi olaraq qeyd edib.

Problemin təkcə hakimiyyətin deyil, bütün Azərbaycanın problemi olduğunu deyən Y.Bağırzadə bu istiqamətdə cəmiyyətin aktivliyinin artırılması və vahid mövqenin sərgilənməsinin olduqca vacib olduğunu qeyd edib. Görüşdə həmçinin AMİP Baş katibi Arzuxan Əlizadə, AMİP bələdiyyələrlə iş üzrə katibi Rəşad Bayramov və BQP Ali Məclisinin sədri Əjdər Əliyev iştirak ediblər.

Hər iki görüşdə parlament seşkiləri ilə bağlı məsələlər də ətraflı müzakirə olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə