Modern.az

Yusif Bağırzadə Sabir Rüstəmxanlı ilə görüşüb

Yusif Bağırzadə Sabir Rüstəmxanlı ilə görüşüb

25 Avqust 2010, 17:58

AMİP sədri Yusif Bağırzadə və AMİP fəalları Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında VHP sədri Sabir Rüstəmxanlı və Siyasi Şura üzvləri ilə görüş keçiriblər. AMİP-in təşəbbüsü ilə baş tutan görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsində siyasi partiyaların yekdil mövqe nümayiş etdirməsi idi.

Y.Bağırzadə ölkədəki bütün siyasi partiyalarla görüşlərin nəticəsi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı ümumi mövqeyi ifadə edən bir sənədin imzalanması üçün ardıcıl müzakirələr apardıqlarını dilə gətirib. Siyasi qurumlara ünvanlanan müraciəti bir daha xatırladan AMİP sədri Dağlıq Qarabağ ətrafındakı ərazilərin yalnız sülh yoluyla azad olunacağı barədə Azərbaycan dövlətinin hər hansı öhdəlik götürmədiyini önə çəkərək müharibənin labüdlüyünü bildirib: «Minsk Qrupunun vasitəçiliyindən imtin edilməli və Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsiylə bağlı BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi yerinə yetirilməlidir».

VHP sədri S.Rüstəmxanlı lokal savaş və ciddi ictimai reaksiya olmadan beynəlxalq güclərin Azərbaycanın haqqını tanımayacaqlarını və ədaləti bərpa etməyəcəklərini önə çəkərək AMİP-in təşəbbüsü dəstəklədiyini və müzakirələri alqışladığını bildirib.

Daha sonra ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçkilərdə VHP-AMİP əməkdaşlığı müzakirə olunub.

Görüşdə, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, MNTK sədri Felmar Ələkbərli, sədrin müşavirləri Arif İsmayılbəyli, Bəhmən Sultanlı, AMİP-dən baş katib Arzuxan Əlizadə, mətbuat katibi Əli Oruclu iştirak ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə