Modern.az

Vladimir Putin balina ovuna çıxıb

Vladimir Putin balina ovuna çıxıb

26 Avqust 2010, 11:45

Rusiyanın baş naziri Vladimir Putin  Kamçatka yarımadası yaxınlığında bir qrup mütəxəssislə birgə çıxdığı səyahətdə soyu tükənməkdə olan nəhəng bir balinanı oxla vurub. Baş nazir balinanın elmi araşdırma üçün vurduğunu bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.

Jurnalistlərin bu hərəkətlərin təhlükəli olub-olmadığını soruşmasına cavabında Putin deyib: “Yaşamaq onsuz da təhlikəli bir işdir. Amma mən heç bir şeydən qorxmuram. Təhlikəni sevirəm”.

Qeyd edək ki, Putin vaxtaşırı qeyri-adi hərəkətləri ilə publikanı təəccübləndirir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə