Modern.az

Əhməd Şəfəq Bakıya gəlib

Əhməd Şəfəq Bakıya gəlib

Təhsil

26 Avqust 2010, 16:28


Türkiyənin məşhur sənətçi və yazarlarından olan Əhməd Şəfəq, Türkiyə Demokrat Partiyasının deputatlığa namizədi, tanınmış hüquqşünas Yaşar Ağsu və «Biltürk» qəzetinin baş redaktoru Şərifə Özdəmir bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Sabir Rüstəmxanlı ilə görüşüblər.

VHP Mətbuat və informasiya xidmətindən Modern.az-a verilən məlumata görə, Əhməd Şəfəq qeyd edib ki, «Azərbaycan-Türkiyə» adlı mahnısına klip çəkmək üçün Azərbaycanda səfərdədir. Şərifə Özdəmir və əski arkadaşı Yaşar Ağsu ilə bərabər Azərbaycanı bir neçə gün müddətində gəzib-görmək niyyətində olduğunu deyib.
“Yaşar bəy ölkənizə ilk dəfədir ki, səfər edir, əslən Qars bölgəsindəndir. Qars bölgəsinin əsasən Azərbaycan kökənli insanların yurdu olduğunu nəzərə alsaq, Yaşar bəyin ölkənizi çox sevməsinin səbəbini anlarsınız. Ona sevdiyi bu ölkəni tanımaqda və arzusunda olduğu böyük ziyalılarınızı görməkdə yardımçı olmaqdan qürur duyuram. Türk Dünyasına baxışda «Yol Kılavuzu» saydığım Sabir Rüstəmxanlının ziyarəti də bu üzdəndir».

Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, İrandakı soydaşlarımızın öz haqları uğrunda apardıqları mübarizə, həmçinin Dağlıq Qarabağ münaqişəsi və s. müzakirə mövzusu olub. VHP-nin yaranması və hazırkı mövqeyilə maraqlanan Yaşar Ağsu təmsil etdiyi partiya ilə ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu dilə gətirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə