Modern.az

Jerar Libardiyan: “Xarici təsirlər Ermənistanı iflic halına salıb”

Jerar Libardiyan: “Xarici təsirlər Ermənistanı iflic halına salıb”

Təhsil

26 Avqust 2010, 17:54

“Ermənistanan regionda rolu getdikcə azalır. Son on ildə Ermənistan iqtidarı ölkənin regionda və beynəlxalq arenda təsir gücünün artması üçün heç nə etməyib. Ermənistan Azərbaycan və Türkiyə ilə problemlərini həll etmədən beynəlxalq münasibətlərdə ciddi konstruktiv mövqe əldə edə bilməz”.
Bu sözləri “Rosbalt” Agentliyinə müsahibəsində Ermənistanın sabiq prezidenti Ter-Petrosiyanın 1991-1997-ci illərdə beynəlxalq münasibətlər üzrə müşaviri olmuş politoloq Jirar Libardiyan deyib.

Onun sözlərinə görə, bu problemlər Ermənistanı ciddi şəkildə xarici faktorlardan asılı hala salıb və bu da xarici siyasətin tam iflic olmasına gətirib çıxarıb. İrevanı seçim imkanı olmayan situasiyaya salıblar.

Azərbaycan-Türkiyə strateji əməkdaşlıq müqaviləsinə toxunan Libardiyan bunun Bakı ilə Ankara arasında çoxdan mövcud olan hazırkı əlaqələrin təmərküzləşməsi istiqamətində addım olduğunu deyib. “Bundan əlavə Türkiyə-Azərbaycan münasibətləri artıq Ermənistanla Tükiyənin protokol məsələsində yoxlamadan keçib.”-deyə politoloq vurğulayıb.

ABŞ-ın Qafqazda mövqeyini şərh edən Libardiyan qeyd edib ki, Vaşinqtonun İraqda, Əfqanıstanda, o cümlədən Pakistan və Yəməndə başının qarışıq olması üstəgəl İran və Şimali Koreya məsələsi səhnəni qarışdırıb.

“Belə şəraitdə Vaşinqtonun  Qafqazda özünün bütün gücünü qoyması üçün imkanı yoxdur. Regionda iş aparmaq üçün resurslar artıq tükənib. Odur ki, ABŞ son zamanlar özünün Cənubi Qafqazda məqsədlərini məhdudlaşdırmalı olub”.

Politoloq həmçinin Rusiyanın regionda fəallığının artdığını deyərək eyni zamanda Türkiyənin də bu sırada olduğunu qeyd edib. 

“Hazırda Ankara keçmiş sovet respublikalarında daha konkret və aktiv şəkildə iştirak etmə xətti yürüdür. Bütün bunlar özünün məntiqi sonluğuna çatdıqdan sonra Cənubi Qafqazda vəziyyət bugünkündən xeyli fərqli olacaq”-deyə politolioq bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə