Modern.az

“Kəşfiyyat lazım gələndə şeytanla da görüşür”

“Kəşfiyyat lazım gələndə şeytanla da görüşür”

Təhsil

27 Avqust 2010, 11:55

Türkiyəninin xarici işlər naziri Əhməd Davutoğlu AKP hökumətinin PKK terror təşkilatı ilə sövdələşmələr aparmasına dair yayılan məlumatlara kəskin təpki göstərib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Davutoğlu Konstitutsiyaya əlavə və dəyişikliklərlə bağlı    referendum ərəfəsində hakim partiyanın  terror  təşkilatı ilə danışıqlar  aparmasına dair məlumatların  yayılmasının təsadüfi hal olmadığını qeyd edib. Onun sözlərinə görə, bu cür məlumatlar elektoratın referendumda “yox” deməsinə hesablanıb.

Davutoğlu PKK terror təşkilatı və terrorbaşı Abdullah Öcalanla AKP hökumətinin heç bir təmsilçisinin görüşmədiyini və hər hansı sövdələşməinin mümkün olmadığını deyib. Bununla belə, Davutoğlu Öcalanın tutulduğu 1998-ci ildən bu yana İmralıda kimlərlə görüşməsinin təsbit olunmasının mümkünlüyünü bildirib. “İmralı hərbi rəhbərliyin nəzarəti altındadır. Ocalan yaxalandığı dönəmdən kimlərlə, hansı görüşlərdə bulunduğu ortaya çıxarıla bilər”

Ölkəsinin təhlükəsizlik xidmətinin hər kəslə görüşə biləcəyini və bunun normal bir iş olduğunu ifadə edən Davutoğlu “Kəşfiyyat orqanları lazım gələndə şeytanla belə görüşür. Onların vəzifələri elə budur. Təhlükəsizlik acısından hər cür təmaslarda olar,  hər kəslə görüşə bilər. Bunlar əsas pinsiplərdir”,-deyə Davutoğlu bildirib.

XİN başçısı qeyd edib ki, terrorçu təşkilatla  bazarlıq iddiasını ilk dəfə PKK-nın iki nömrəli ismi  Murat Karailan ortaya atıb. Bu iddianın ortaya atılması zamanına diqqət yetirilməsinin vacibliyini  bildirən Davutoğlu qeyd edib ki,  bu iddialar “xeyr” düşərgəsinin maraqlarına xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə