Azərbaycan, Rusiya və Ukrayna bu ilin 7 ayı ərzində İsrailin iqtisadi əməkdaşlıq üzrə əsas tərəfdaş ölkələri olub. Bu barədə İsrailin Mərkəzi Statistika Bürosu məlumat yayıb. Modern.az izrus.co.il portalına istinadən xəbər verir ki, MSB İsrail məhsullarının digər ölkələrə idxalı ilə bağlı birinci 7 ay üzrə məlumatları açıqlayıb. Hesabatda 13 keçmiş sovet respublikaları üzrə məlumatlar toplanıb.
Ötən illə müqayisədə İsrailin ixrac etdiyi məhsulların miqdarı 10 ölkədə artıb, üç ölkədə isə azalıb. İsrail məhsullarının idxalının ən çox artdığı ölkələr isə Rusiya, Ukrayna və Türkmənistan olub.
MSB-nin açıqladığı sənəddə göstərilir ki, ölkəmizə İsraildən idxal olunan malların ümümi dəyəri 62 milyon dollar civarında olub. Bu yeddi ay ərzində Azərbaycandan İsrailə heç bir məhsul ixrac edilməyib. Ermənistanla bağlı bu rəqəm isə 2,9 milyon dollar olub. Rusiya ilə İsrail arasında mal dövriyyəsi 7 ay ərzində idxal üzrə 490 milyon dollar, ixrac üzrə isə 461 milyon dollar təşkil edib.