Modern.az

Bakıda bir neçə nazirlik velisiped yürüşü təşkil edəcək

Bakıda bir neçə nazirlik velisiped yürüşü təşkil edəcək

Təhsil

27 Avqust 2010, 19:58

Məlum olduğu kimi, prezident İlham Əliyev tərəfindən 2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunub. Bu məqsədlə ölkəmizdə “Ekologiya ili” çərçivəsində ətraf mühitin təhlükəsizliyinə töhfə verən təbiətə qayğı aksiyaları, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 28 avqust - 6 sentyabr tarixlərində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək. Bu aksiya “Azərbaycan-Avropa velosiped yürüşü” adlanır.

Modern.az xəbər verir ki, tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və “green technology” sahəsinin nümayəndələri və velosipedçilər iştirak edəcəklər.

Tədbirlə əlaqədar mətbuat konfransı 28 avqust tarixində saat 17:00-da Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının ofisində keçiriləcək. Mətbuat konfransında iştirak etmək istəyən mətbuat nümayəndələrindən cari ilin 28 avqust tarixində saat 16:30-da İçəri Şəhər, Böyük Qala küçəsi 3 ünvanında olmaları xahiş olunub. 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə