Modern.az

Saakaşvili: “Gürcüstan prezidenti istənilən millətin nümayəndəsi ola bilər”

Saakaşvili: “Gürcüstan prezidenti istənilən millətin nümayəndəsi ola bilər”

Təhsil

28 Avqust 2010, 16:13

“Bu gün Gürcüstanda vəziyyət elədir ki, istənilən etnik qrupun nümayəndəsi Gürcüstan prezidenti ola bilər”.
 Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili prezident sarayında ölkənin ali məktəblərinə qəbul olunmuş azərbaycanlı və erməni tələbələrlə görüşdə bildirib. Onun sözlərinə görə,  Gürcüstandakı vəziyyət istənilən etnik qrupun vətəndaşına  öz karyerasında uğur qazanmasına imkan verir.

“Bu gün Gürcüstanda vəziyyət elədir ki, prezident Şaşkin də ola bilər, Qurbanov da ola bilər, istənilən digər etnik qrupun nümayəndəsi də ola bilər. Biz elə bir şərait yaratmışıq ki, gürcü xalqı özünü tam vahid görür”-deyə Saakaşvili bildirib. Onun sözlərinə görə, bizim vahid ölkənin vətəndaşları olmağımız Rusiyanın Gürcüstana müdaxiləsi zamanı da özünü daha aydın göstərib, azərbaycanlılar, osetinlər, ermənilər bu müdaxilənin qarşısını alıblar.

“Mənim üçün çox vacib məsələdir ki, mənim ölkəmin bütün vətəndaşları bərabər və eyni hüquqlara malik olsunlar. Gürcüstan nə gürcülərə, nə azərbaycanlılara, nə ermənilərə, nə abxazlara məxsusdur,  milliyyətindən asılı olmayaraq bütünlükdə hamımızındır”.

“Burada Dmitri Şaşkin iştirak edir (elm və mədəniyyət naziri) – onun adı və soyadı rus mənşəlidir. Onun atası, yeri gəlmişkən, Konstitusiya məhkəməsinin çox layiqli üzvü olub. Dmitri Şaşkin şəxsən mənim üçün ən vacib nazirliyin – təhsil nazirliyinin rəhbəridir. Ümid edirim ki, vaxt keçəcək və tarixçiilər onun fəaliyyətini dövlət xadimi, gürcü, millət xadimi kimi qiymətləndirəcəklər”.

Prezident bəyan edib ki,  artıq Marneuli və Axalkalikidə yaşayan azərbaycanlı və ermənilər

gürcü dilini bilir və yaxşı anlayırlar. ”Lakin gürcü dilinii öyrənmək o demək deyil ki, siz öz mədəniyyətinizi itirməlisiniz, sizin mədəniyyət bizim ümüm  mədəniyyətimizin tərkib hissəsidir. Gürcü mədəniyyətini Azərbaycan, osetin, erməni, abxaz mədəniyyəti olmadan təsəvvür etmək olmaz. Bu birlik bizim sərvətimizdir və onu inkişaf etdirmək lazımdır”.

Prezident bəyan edib ki, “oxumaq üçün Bakı və Yerevana getmək lazım deyil, baxmayaraq ki, bunu da etmək olar, hazırda yeni yollar salıınır, lakin hər halda Gürcüstanın bütün vətəndaşları öz ölkəsində təhsil almalıdırlar”.

“Biz elə təhsil sistemi təklif etməliyik ki, onun sayəsində Gürcüstan vətəndaşları olan azərbaycanlılar və ermənilər Bakı, Yerevan şəhərlərinə üz tutmasınlar, eyni zamanda, qonşu ölkələrdən Azərbaycan, Ermənistan, Türkiyə və  Rusiyadan olan gənclər də Gürcüstana gəlsinlər və bizim ali məktəblərdə  təhsil alsınlar”.

Qeyd edək ki, bu il 254 nəfər azərbaycanlı və erməni gənc tələbə adını qazanıb.  M.Saakaşvili bu tələbələrdən 200 nəfərinin dövlət tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb. Görüşdə Saakaşvli  iki azərbaycanlı tələbəyə kompüter hədiyyə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə