Avqustun 30-dan sentyabr 3-dək Almaniyanın Rust şəhərində və sentyabrın 4-dən 8-dək Köln şəhərində təlim-məşq toplanışı keçirəcək, sentyabrın 7-də isə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Köln şəhərindəki «Raynenerqiştadion»da Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Berti Foqts toplanışa aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedyev (hər ikisi “Qarabağ”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Saşa Yunisoğlu (“Qəbələ”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Samir Abasov, Volodimir Levin (hər ikisi “İnter”)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov (“İnter”), Aleksandr Çertoqanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Anji”, Rusiya), Amit Quluzadə, Araz Abdullayev (hər ikisi “Neftçi”), Fabio Luis Ramin (“Bakı”)
Hücumçular: Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Tvente”, Hollandiya)
Modern.az