Üzərində ABŞ prezidenti Barak Obamanın şəkli olacaq 1 dollarlıq əskinas kəsilməsi təklifi ABŞ-da xeyli maraq doğuran müzakirələr açıb. Bu ideyanı amerikan valyutasının yenləndirilməsi üzrə müsabiqədə iştirak edən dizaynerlər təklif ediblər. Obamanın dollar üzərində portretini ingilis-Amerika şirkəti olan Dowling Duncanın dizaynerləri təklif edib. Onlar bunu Obanaın ilk afroamerikalı prezident olması ilə əlaqələndiriblər.
Digər əskinasların birinin üzərinə Konstitusiyaya dəqişiklik edilməsinə nail olmuş hindu qəbilələrindən birinin, 100 dolarlıq əskinas üzərində isə ABŞ daha bir keçmiş prezidenti Franklin Delano Ruzveltin porterinin təsviri təklif olunur.
“Dollar” müsabiqəsi senytyabrın 30-dək davam edəcək. Artlq Dowling Duncanın təklif etdiyi Obanaın portreti ilə bağlı təklif xeyli tərəfdar toplayıb.