Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Yeni Zellandiyada məişət texnikasının satışı ilə məşğul olan Bond and Bond ticarət şəbəkəsi tərəfindən Böyük Britaniya kraliçasının ad günü münasibəti ilə hazırladığı reklam qalmaqal yaradıb. Şirkətin reklam çarxında kraliça İkinci Yelizavetanı çılpaq rəsmi əks olunub. Bu reklam müəyyən narazılıq yaradıb. Narazılıq edənlər kraliçaya qarşı belə həqarətli münasibətin yolverilməz olduğunu deyiblər.
Amma Yeni Zelandiyanın Reklam Standartları Komitəsi bununla bağlı şikayətləri rədd edib. Bu qurumun rəyinə görə, kraliçanın çılpaq rəsmi reklamın motivində olan siyasi satira baxımından qəbulediləndur.
Hazırda 15 dövlət, o cümlədən Yeni Zellandiya, Kanada Britaniya Birliyinə daxildir və ikinci Yelizavetanı kraliça kimi tanıyırlar.