Modern.az

Yunan səfiri Türk PA-nın sabitlik və stabillik qarantı olacağına ümid edir

Yunan səfiri Türk PA-nın sabitlik və stabillik qarantı olacağına ümid edir

1 Sentyabr 2010, 16:32

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi Ramil Həsənov Türk PA Katibliyinin ofisində Yunanıstanın ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri cənab  İoannis Metaksas   ilə görüşüb.

Türk PA-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, R.Həsənov görüş zamanı  Türk PA-nın quruluşu,  fəaliyyəti və əsas məqsədləri haqqında geniş məlumat verib. Türk PA Beynəlxalq Katibliyinın Azərbaycan Respublikasındakı 57-ci diplomatik missiya  olaraq fəaliyyətə başladığı və türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə  xidmət etdiyi vurğulanıb. Türk PA-nın yaranması region və  həmçinin Avropa ölkələri üçün  siyasi,  iqtisadi cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini və parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında dialoqun daha da inkişaf etdirilməsində, din, dil, irqə fərg qoymayan, beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən  bir tolerant təşkilat olduğu qonağın nəzərinə çatdırıldı. Gələcəkdə enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığın genişlənməsində və güclənməsində də Türk PA-nın Parlament Assambleyası olaraq rolunun nə dərəcədə mühüm olacağı qeyd edilib. Daha sonra  beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Avropa Parlamentinin İnkişaf Ofisi, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, MDB PA, İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiyasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA), Asiya  Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı  fəaliyyətləri  haqqında səfirə məlumat verilib. Eyni zamanda R.Həsənov Yunanıstan ilə bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində, genişlənməsində və davam etdirilməsində  maraqlı olduğunu  qonağın nəzərinə  çatdırıb.

Səfir İ.Metaksas Türk PA baş katibinə geniş və ətraflı məlumat verdiyi  üçün təşəkkür edib, Assambleyanın yaranması, Beynəlxalq Katibliyin daimi əsasda fəaliyyət göstərməsi və Katibliyin Bakıdakı  fəaliyyətinə  onəm  verdiyini bildirib. Türk PA-nın quruluşunu, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qısa zamanda ATƏT PA, AŞPA, NATO PA  kimi beynəlxalq təşkilatlarla fəaliyyətini yüksək qiymətləndirib. O, Milli Məclisin və Türk PA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədovun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun TÜRKPA-nın sabitlik və stabillik qarantı  rolunda çıxış edəcəyinə  əmin olduğunu söyləyib. Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi və Türk PA Beynəlxalq Katibliyi ilə  əlaqələrin inkişaf   edəcəyini bildirən  səfir Assambleyanın Beynəlxalq  Katibliyinə gələcək işlərində uğurlar  diləyib və qurumun bir çox tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini qeyd edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə