Modern.az

İsmayıl Ömərova Çingiz Aytmatov diplomu verilib

İsmayıl Ömərova Çingiz Aytmatov diplomu verilib

Təhsil

1 Sentyabr 2010, 18:24


İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib. İctimai Televiziyadan Modern.az-a verilən məlumata görə, İ.Ömərova Akademiyanın diplomu bu gün Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) prezidenti Nüstət Məmmədov tərəfindən təqdim olunub.

N.Məmmədov əvvəlcə Azərbaycan İctimai Televiziyasını 5 yaşı münasibətilə təbrik edib, kollektivə daha böyük uğurlar arzulayıb: “2008-ci ildə dünya şöhrətli yazıçı Çingiz Aytmatov Azərbaycanda olakən İctimai Televiziyanın qonağı olub. Mərhum yazıçı Qırğızıstanda hər zaman İctimai Televiziyadakı görüşü barədə böyük təəssüratla söhbət açırdı”.

İctimai Televiziyanın türkdilli xalqların daha da yaxınlaşması üçün böyük işlər gördüyünü vurğulayan Fondun prezidenti bildirib ki,  televiziyanın “TRT-Avaz”la ortaq yayımına Qırğızıstan televiziyasının da qoşulması qırğız xalqı tərəfindən böyük sevinclə qarşılanıb: “Bütün bunları nəzərə alaraq Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən və Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə İctimai Teleradionun Baş direktoru İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyasının üzvü seçilib. Bu elmin ən yüksək pilləsidir”.

Fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirən Baş direktor İ.Ömərov deyib ki, Çingiz Aytmatov bir millətin, bir dövlətin yox bəşəriyyətin çox müdrik korifeyidir, incisidir: “Hər bir insanın həyatında mükafatlar stimulverici rola malikdir. Mən fəaliyyətimə görə çoxlu mükafatlara layiq görülmüşəm. Hər birinin öz yeri var. Amma Çingiz Aytmatovun adı ilə bağlı olan bir mükafatın bioqrafiyama daxil olması mənim üçün böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, bu ad türk dövlətlərinə xidmət nöqteyi nəzərdən hər birimizin üzərinə daha böyük öhdəlik qoyur”.

İ.Ömərov qeyd edib ki, bu mükafat İctimai Teleradionun kollektivinə verilən qiymətdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə