Modern.az

Əhməd Davudoğlu Ermənistanla sərhədə baş çəkib

Əhməd Davudoğlu Ermənistanla sərhədə baş çəkib

1 Sentyabr 2010, 19:48

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu  İqdır və Ağrı vilayətlərində vəziyyətlə tanış olmaq üçün Qarsa səfər edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Davutoğlu bəyan edib ki, Qafqazda sülh və sabitliyə nail olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir. 

Ermənistanla  sərhəddə İqdır ətrafındakı Xalıkışla kəndinə baş çəkən Davutoğlu bütün regional sərhədlərin açılmasını arzu etdiyini deyib. Araz çayının sahilində Davutoğlu   “Ümid edirik ki, bu çay sülh, sabitlik və firəvanlıq simvolu olacaq” deyib.

“Ermənistanla sərhədlər nə zaman açılacaq” sualına cavab verən Davutoğlu bildirib ki,  “bizim Qafqaza dair strategiyamızın bir neçə aspekti var. Türkiyə hökuməti bütünlüklə çalışır ki, bu strategiya uğur qazansın. Reginonun çiçəklənməsi üçün  bütün sərhədlər açılmalıdır. Türkiyə-Ermənistan və Azərbaycan – Ermənistan sərhədlərinin açılması regiona sülh və sabitlik gətirəcək. Ötən il imzalanmış protokollar bu  nöqteyi–nəzərə əsaslanır. Biz bu ölkələr arasında münasibətlərin normallaşmasını istəyirik”.

Davutoğlu əlavə edib ki, “arzuolunan nəticə olmasa da, Ermənistanla Qarabağ məsələsində ciddi tərəqqi əldə olunub”.

Dağlıq Qarabağdakı son  toqquşmaya gəldikdə, Davutoğlu bəyan edib ki, Ankara hadisələrin inkişafını diqqətlə izləyir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə