Sentyabrın 9-da BMT Baş Assambleyasında Dağlıq Qarabağa dair dinləmələr keçiriləcək. Modern.az xəbər verir ki, qarşıdan gələn dinləmələrlə bağlı Ermənistanda narahatlıq artmaqdadır.
Erməni mətbuatının yazdığına görə, rəsmi Bakının hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamə BMT Baş Assamleyasında qəbul oluna bilər. Bunu Ermənistanın BMT-dəki səfiri Karen Nazaryan da təsdiq edir. Onun sözlərinə görə, Azərbaycan qəti mövqe nümayiş etdirməkdədir və BMT-də “işğal olunmuş ərazilərdəki vəziyyətə dair” qətnamənin qəbul olunması istisna olunmur. Nazaryan əlavə edib ki, əsasən müsəlman ölkələri Azərbaycana güclü dəstək göstərəcəklər.