Modern.az

Medvedev Bakıya gəlir, bəzi yollar bağlanacaq

Medvedev Bakıya gəlir, bəzi yollar bağlanacaq

Təhsil

2 Sentyabr 2010, 00:20

Bu gün Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev ikigünlük səfərlkə Bakıya gəlir. Rəsmi məlumatlara görə, sentyabrın 2-3-də Azərbaycana səfəri çərçivəsində Medvedevin ikitərəfli ticari-iqtisadi əməkdaşlıq, Xəzər dənizində qarşılıqlı əlaqələr, dövlət sərhədi, eləcə də transsərhəd Samur çayından rasional istifadə və su resurslarının mühafizəsi ilə bağlı məsələləri müzakirə edəcəyi, Azərbaycanla bir neçə saziş imzalayacağı gözlənilir.

Dmitri Medvedevin Azərbaycana səfəri Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etməklə başlayacaq.

Sentyabrın 3-də Azərbaycan və Rusiya prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə danışıqlar aparacaqlar. Danışıqlar sənədlərin imzalanması ilə başa çatacaq.
Dmitri Medvedev Bakı Dövlət Universitetində də olacaq. Ona bu ali təhsil müəssisəsinin fəxri doktoru diplomu təqdim ediləcək.

Qeyd edək ki, Medvedyevin Bakıya gəlişi ilə əlaqədar bu gün paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bəyan edib ki, bu gün saat 16-dan Neftçilər prospekti, Azneft meydanı, Bakıxanov küçəsi, Hüseyn Cavid prospekti və Qələbə meydanı ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sentyabrın 3-də Neftçilər prospektində nəqliyyatın hərəkətinə icazə verilməyəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə