Modern.az

İtalyansayağı doğuş...

İtalyansayağı doğuş...

2 Sentyabr 2010, 12:38

İtaliyanın Messina şəhərinin döğum evlərinin birində ananın uşaq dünyaya gətirməsi həkimlərin səhlənkarlığı ucbatlndan az qala faciə ilə nəticələncəkmiş. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, ağrılarla hospitala yerləşdirilən 30 yaşlı Laura Salpetronu müayinə edən həkimlər bir-biri ilə mübahisə etəməyə başlayıblar. Mübahisə doğuşun hansı formada aparılması üstündə başlayıb. Lauranın şəxsi həkimi Vinsento Bendetto tələb edib ki, doğuş təbii qaydada aparılmalıdı. Amma akuşer şöbəsindən olan həkim Antonio de Vivo döğuşun yalnız qeysər üsulu ilə mümkün olacağını bildirib. Öz qərarların üstündə israr edən hər iki həkimin mübahisəsi dava-dalaşa çevrilib. Xəstənin döğuş ağrılarına belə əhəmiyyət verməyən bu italyan həkimlər elə Lauranın yanındaca əlbəyaxaya çıxıblar. Özünü itirən Lauranın əri isə bir saat ərzində həkimləri aralamağa çalışıb. 

Nəhayət sakitələşən həkimlər qeysər əməliyyatı aparmağı qərara alıblar. Amma bu qərar çox gec olub. Uşaq ürək çatışmazlığı və baş beyin problemi ilə doğulub. Mütəxəssislər bildiriblər ki, bu, uşağın gələcəkdə normal inkişafına mane olacaq. Laura Salpero isə bu müddət ərzində çoxlu qan itirib. Ən pisi isə odur ki, qadın daha ana ola bilməyəcək. Hər iki həkim xəstəxanadan qovulub və onların işi prokurorluğa verilib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə