Modern.az

Ələtdə ağır yol qəzası olub: 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Ələtdə ağır yol qəzası olub: 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Təhsil

2 Sentyabr 2010, 14:26

Sentyabrın 1-də saat 21.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Vaqif Məmmədovun idarə etdiyi "Ford" markalı və Ələt qəsəbə sakini Anar Əzizovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində A.Əzizov və onun sərnişinləri - Ələt qəsəbə sakini Valeh Gərayevoradaca ölüb, xəsarət alan digər sərnişinlər - Ələt qəsəbə sakinləri Əziz Əzizov, Elgün Mustafayev, habelə V.Məmmədov və onun sərnişinləri, Biləsuvar rayon sakinləri Kiçikxanım Bünyatova, Zərifə İsmyılova, Cəlilabad rayon sakinləri Pərviz Hümbətov, Rəna Xudaverdiyeva, Lənkəran rayon sakini Eldar Cabbarov və Bakı şəhər sakini Samirə  Zamanova xəstəxanaya yerləşdirilibr.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə