Modern.az

Ermənistan parlamenti qondarma DQR-i tanımağa hazırlaşır

Ermənistan parlamenti qondarma DQR-i tanımağa hazırlaşır

Təhsil

2 Sentyabr 2010, 19:43
Ermənistan parlamentinin oktyabrın 5-də keçiriləcək “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” haqqında qanun layihəsini müzakirəyə çıxaracaq.  Bu barədə Armenia Today məlumat yayıb.

Modern.az
bildirir ki, erməni parlamentinin “İrs” fraksiyası qanun layihəsini təsdiq edib və sənəd oktyabr ayında müzakirəyə çıxarılacaq. Bu qanun laiyəsinin hazırlayan deputatlar Raffi Ovanesyan, Stepan Safaryan və digərləri sentyabrın 1-də “İrs” fraksiyası adından Ermənistan parlamentinin sədri Ovik Abramyana öz qərarı barədə məlumat verib. Sənəddə bildirilir ki, “1 maddəyə görə “Ermənistan DQR-i tanıyır”.

Ermənistan Parlamentinin reqlamenti haqqında qanunun 104.2 və 35-ci maddəsinə  görə,  sənəd səsverməyə qoyulmadan Məclisin gündəliyinə salınacaq. Və oktyabrın 5-də saat 14.30-dan 16.30-dək müzakirəyə çıxarılacaq”-deyə partiyadan bildiriblər.

Qeyd edilir ki, qonadrama “DQR”-in yaradılmasının 19 illiyi ilə təntənəli tədbirlərdə iştirak etmək üçün Ermənistanın baş naziri Tiqran Sarkisyan bu gün iki günlük səfərlə Xankəndinə gedib.

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə