Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı olub. Toplantıda əsasən parlament seçkiləri ilə bağlı vəziyyət, deputatlığa namizədlərin təsdiqlənməsi məsələləri müzakirə olunub. (müsavat.com)
Partiya Məclisinin yığıncağında bir qrup partiya üzvü Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda mərhium prezident Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak edən Məclis üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın Müsavatdan çıxarılması məsələsinin gündəliyə salınmasını təklif edib. Bu təklif ciddi mübahisələrə səbəb olub.
Uzun müzakirə və səssayma prosedurundan sonra təklif toplantının gündəliyinə daxil edilib.
Toplantıda partiya seçki dairələrindən irəli sürdüyü namizədlərin siyahısını təsdiqlənib.Bununla belə, bəzi dairələrdə irəli sürülən namizədlərin məsələsi açıq qalıb. Çünki AXCP ilə birgə seçki bloku yaradılması ideyası var və həmin dairələrdə AXCP-nin namizədləri də olduğu üçün bu dairələrin sərbəst buraxılması nəzərdə tutulur.