Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli sentyabrın 6-da “Trend”in konfrans zalında mətbuat konfransı keçirəcək. Modern.az-ın məlumatına görə, tədbir KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin yekunlarına həsr olunacaq.
Mətbuat konfransında həmçinin Fondun növbəti il həyata keçirəcəyi müsabiqələrin istiqamətləri barədə məlumat veriləcək. Mətbuat konfransına baş redaktorlar da dəvət olunub.
Modern.az