Modern.az

İki adamı öldürüb İrana qaçmaq istəyən qardaşlar

İki adamı öldürüb İrana qaçmaq istəyən qardaşlar

4 Sentyabr 2010, 23:14

Yardımlı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Modern.az-a Yardımlı Rayon Polis Şöbəsindən verilən məlumata görə, sentyabrın 4-də saat 04.30 radələrində rayonun Zevin kənd sakinləri arasında ailə münaqişəsi zəminində mübahisə düşüb. Nəticədə 38 yaşlı  Şəmsəddin İsmayıl oğlu Eyniyevlə onun qardaşı Niyaməddin İsmayıl oğlu Eyniyev 48 yaşlı Rasim Əvəz oğlu Talıbovu və 28 yaşlı Rahil Asif oğlu Əliyevi qətlə yetiriblər.

Hadisəni törədən qardaşlar İran İslam Respublikasının ərazisinə keçmək istəyərkən Yardımlı rayonunun hüquq-mühafizə orqanları əməkdaşlarının və sərhədçilərin birgə səyləri ilə yaxaqlanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə