Modern.az

Cəmil Çiçək: “Öcalan ölənə qədər İmralıda yatacaq”

Cəmil Çiçək: “Öcalan ölənə qədər İmralıda yatacaq”

Təhsil

5 Sentyabr 2010, 00:26

Türkiyənin dövlət naziri, baş nazirin müavini Cəmil  Çiçək hazırda İmralı adasında saxlanılan terrorbaşı Abdullah Öcalanın durumu ilə bağlı açıqlama verirb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Çiçək qeyd edib ki, Öcalan ən azı 50 dəfə başqa yerə köçürülməsi barədə müraciət edib, lakin onun arzusuna rədd cavabı verilib. 
O, Öcalanın cəzasını ölənə qədər İmralıda çəkəcəyini deyib. “Onun İmralıda qalması dövlətin qərarıdır. Sonuna qədər orada qalacaq. Terrorbaşı ilə əlaqədar hər hansı əfv bundan sonra da mümkün deyil”,-deyə dövlət naziri bildirib.

Çiçək cəza evində Öcalanla imtiyazlı davranılmasına dair məlumatları uydurma adlandırıb. “Onun saxlanma şəraiti ilə bağlı söylənilənlər doğru deyildir. Sincan F tipli həbsxanada qaydalar necədirsə, İmralıda da elədir.  Hər şey eynidir. Ocalanın bir əli balda, bir əli yağda olması doğru deyil”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə