Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün Bakıya səfərə gəlib. Modern.az xəbər verir ki, Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın azərbaycanlı icması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda baş vermiş son hadisələrə, eləcə də bu ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.