Modern.az

Çavuşoğlu: “Türkiyə ən çox Azərbaycanı dəstəkləyir”

Çavuşoğlu: “Türkiyə ən çox Azərbaycanı dəstəkləyir”

Təhsil

5 Sentyabr 2010, 18:20

Avropa Şurası Parlament Assambleyasınn (AŞPA) sədri Mövlud Çavuşoğlu “Avropa İttifaqında Türkiyənin rolu” mövzusunda İsveçdə keçirilmiş konfransda  çıxış edib. Modern.az xəbər verir ki,  Çavuşoğlu bəyan edib ki, “Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu bizim vəzifəmizdir. Bu ölkələrin sırasında isə, ən çox Azərbaycanı dəstəkləyir. Türkiyənin Azərbaycana yardımları davam edir”.

AŞPA-nın sədri vurğulayıb  ki, Türkiyə ətrafındakı bütün ölkələrələ münasibətlərini inkişaf etdirmək istəyir. “Ermənistan ilə münasibətlərimizdə ən mühüm şərtimiz onun işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Bu şərti yerinə yetirdikdən sonra Ermənistanla da əlaqələrimiz qaydasına düşəcəkdir”.

Konfransda çıxış edən İsveç-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Qoran Lindblad isə bildirib ki, bu il martın 11-də İsveç parlamentində qondarma “erməni soyqırımı” iddialarını dəstəkləyən solçu partiyalar bu qərarlarını Avropa İttifaqı və BMT-yə göndərərək yeni qətnamə qəbul etdirmək istəyirlər. O, buna mane olmaq üçün İsveç vətənfdaşı olan türkləri Modern Partiyasına səs verməyə çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə