Modern.az

Ərdoğan neftə sahib İslam ölkələrini tənqid etdi

Ərdoğan neftə sahib İslam ölkələrini tənqid etdi

6 Sentyabr 2010, 10:56
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Pakistana yetərli yardım göndərməyən İslam ölkələrini tənqid edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, müqəddəs  Qurani-Kərimin nazil olmasının 1400 illiyinin qeyd olunması tədbirində çıxış edən Ərdoğan neft sahibi olan İslam ölkələrini Pakistana daha artıq  yardım göstərməyə çağırıb. 

“Neftim var deyən ölkələr nə edir? Neftindən Pakistana nə qədər verir? Bu nefti siz tapmadınız. Bu sizə bir nemət olaraq verildi,   biz bunu səltənətlərmizi qaldırmağamı xərcləyəcəyik?
”,-deyə Ərdoğan bildirib.        

Pakistan xalqının çəkdiyi əzabların dilə gətirilməsi mümkün olmadığını deyən Ərdoğan “oturduğumuz yerdən ordakı sıxıntıyı yaşamaq mümkün deyil.

100, 200, 500 milyon dollar, 1 milyard dollar  problemi həll etmir. Pakistanın 17 milyon insanı əzab-əziyyət içindədir”deyib.  

Ərdoğan bir daha neftə sahib olan ölkələrə mesaj ünvanlayıb: "Xətirlərinə dəyməsin, darılmasınlar. Neft bir nemətdir. Bunu Pakistana xərcləməyib, kimə xərcləyəcəyik?”. Ərdoğan Pakistan üçün İslam Konfransı Təşkilatına üzv olan ölkələrin bu günə qədər topladığı 1 milyard dolların yetərli olmadığını bildirib. “Bu rəqəm çox komik bir rəqəmdir. İslam dünyası bu məsələdə geridə qalmamalıdır”deyən Ərdoğan 12 sentyabr referendumundan sonra Pakistana gedəcəyini bildirib. 

Modern.az
   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə