Modern.az

Semnebi Rusiyanın Qarabağ nizamlanmasında fəallığına ümid edir

Semnebi Rusiyanın Qarabağ nizamlanmasında fəallığına ümid edir

6 Sentyabr 2010, 18:48

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında   fəallığının davam etdirməsinə ümid edir. Modern.az xəbər verir ki, Semnebi bu barədə Bakıda jurnalistlərə bildirib. 

“Rusiya Qafqazda münaqişələrin nizamlanmasında əsas rol oynayır. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, biz ümid edirik  ki, Rusiya bugünkü kimi fəal və konstruktiv rol oynayacaq.

Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi  əv şəxsən prezident D.Medvedev münaqişələrin nizamlanmasında əsas rol oynayır. Rusiyanın konstruktiv mövqedən prosesdə iştirakı bizim üçün vacibdir”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, bu gün Semnebini Azərbaycan prezidenti İlham Əliyevin qəbulunda olub. Görüşdə Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə