Modern.az

Publika.az-dan ayrılan üçlük yeni sayt açdı - Sivil.az

Publika.az-dan ayrılan üçlük yeni sayt açdı - Sivil.az

Təhsil

16 Mart 2015, 16:53

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb. Modern.az  xəbər verir ki, Sivil.az adlanan xəbər saytı martın 13-dən fəaliyyətə başlayıb. Sayta jurnalist Amil Hacıyev rəhbərlik edəcək. Bu barədə jurnalist saytımıza açıqlamasında bildirib: “Sivil.az saytında Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri oxucularına çatdıracaq. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları təqdim olunacaq. Saytımız siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, tam obyektiv, müstəqil və şərhsiz xəbər istehsal edəcək. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını fəal əməkdaşlığa dəvət edirik”.

Qeyd edək ki, bir müddət öncə Publika.az-dan ayrılan digər iki yazar Rəbiqə Nazimqızı və İntiqam Valehoğlu da Sivil.az-da fəaliyyətə başlayıblar. Xatırladaq ki, Amil Hacıyev bundan öncə Publika.az-ın baş redaktoru idi.




 
Sizə yeni x var
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?