Modern.az

ABŞ İsraillə münasibətlərə yenidən baxacaq

ABŞ İsraillə münasibətlərə yenidən baxacaq

Təhsil

25 Mart 2015, 12:42


Obama İsrail- Fələstin münasibətlərini yenidən nəzərdən keçirəcək. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Obama, İsrail-Fələstin münasibətlərini gələcəkdə hansı şəkildə idarə ediləcəyini yenidən nəzərdən keçirmək məcburiyyətində qaldığını bildirib.

"Məsələ liderlər arasındakı münasibətlərlə əlaqədar deyil. Vəziyyət siyasətimizdəki çox açıq və əhəmiyyətli fərqlərlə əlaqədardır. Bunun, bölgə və hər iki ölkə üçün böyük nəticələri olacaq"- deyə Obama bildirib. 

Əfqanıstan prezidenti Əşrəf Qani ilə Ağ Evdə təşkil edilən ortaq mətbuat konfransında, Obamadan, İsrailin İranla aparılan nüvə müzakirələrində casusluq edərək imzalanacaq hər hansısa bir müqaviləyə mane ola biləcəyi haqqında soruşulub.

Kəşfiyyat mövzularını şərh etmədiyini bildirən Obama, İranın nüvə silahını əldə etməməsini təmin edən bir razılaşma çərçivəsində, yalnız Konqresə deyil İsrail və dünyada digər müttəfiqlərini xəbərdar etdiklərini bildirib.

Obama, əgər İran ilə bir razılaşma ortaya çıxarsa bunun Amerikanın, İsrailin və bölgənin təhlükəsizliyi üçün yaxşı bir razılaşma olacağını, lakin bu meyarı qarşılamayacaqsa razılaşmanın imzalamayacağını deyib. ABŞ-ın İsrail siyasətini yenidən qiymətləndirməsinin, İsrailin bölgədəki təhlükəsizliyi, hərbi təchizatı və kəşfiyyat əməkdaşlığı ilə əlaqədar olmadığını bildirən Obama, aparılan siyasətin eyni şəkildə davam edəcəyini bildirib.

"Açıqcası önümüzdəki illərdə İsrail-Fələstin münasibətlərinin necə idarə ediləcəyini yenidən nəzərdən keçirmək məcburiyyətindəyəm"- deyə Obama bildirib.

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə