Modern.az

ABŞ Ukraynaya hərbi maşınlar dolu təyyarə göndərəcək

ABŞ Ukraynaya hərbi maşınlar dolu təyyarə göndərəcək

Təhsil

25 Mart 2015, 14:30


Poroşenko Amerikanın hərbi maşınları ilə yüklənmiş ilk təyyarəni qəbul edəcək. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Poroşenkonun da iştirak edəcəyi qarşılanma mərasimində göndərilən ilk təyyarədə amerika hərbi maşın (HMMWV) vasitələri olacaq. Tədbir bu gün saat 13:40 radələrində  "Borispol" hava limanında keçiriləcək.

Qeyd edək ki, daha öncə Poroşenko Kiyevə silahların çatdırılıması üçün 11 Avropa Birliyi ölkəsi ilə razılaşma əldə edildiyini bildirirdi.

Şahin Qocayev

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə