Ukrayna genişmiqyaslı əməliyyatlara başladı. Modern.az-ın xarici ölkə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu gün Poroşenko ölkənin bütün güc strukturlarının iştirakı ilə irimiqyaslı xüsusi əməliyyatın başlandığını bildirib.
"Mənim tapşırığım və əmrimlə Ukraynanın bütün güc strukturları ukraynalıları öldürən, lakin cəzasız qalan cinayətkar dəstələri yox etmək üçün irimiqyaslı xüsusi əməliyyata başlayıblar"- deyə Poroşenko bildirib.
O, xüsusi xidmət əməkdaşalarının Volnovaxada öldürülməsindən sonra çıxış edərək bildirib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarının qatillərinin tapılması və cəzalandırılması onlar üçün şərəf bir məsələsidir.
Xatırladaq ki, ötən şənbə Volnovaxada naməlum şəxslər Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşlarına avtomat silahlardan atəşə açıblar. Öldürülən əməkdaşlar isə qaçaqmalçıların saxlanması üzrə xüsusi tapşırığı yerinə yetirirdilər.
Modern.az