Martın 25-də Ukraynada dövlət xidmətinin rəhbərləri həbs edilib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin rəhbəri Sergey Boçkovski həbs edilib. Onunla birlikdə birinci müavini V.Stoeçkin də həbs edilib. Hər iki həbs hökumətin iclas gedən zaman həyata keçirilib.
Sergey Boçkovski və onun birinci müavini dövlət satınalmaları ilə bağlı frıldaqçılıqda ittiham edilib. Ukrayna höküməti onların tutduqları vəzifədən azad olunduqlarını təsdiqləyib.
Şahin Qocayev