Modern.az

Azərbaycanlı müğənnini Moskvada möhkəm döyüblər

Azərbaycanlı müğənnini Moskvada möhkəm döyüblər

Təhsil

25 Mart 2015, 23:02

Moskvaya toya dəvət edilən müğənni Vüqar Muradov Rusiya paytaxtında möhkəm döyülüb. Modern.az saytı xəbər verir ki, bu barədə ANS TV-nin efirində yayımlanan "Adam içində" verilişində xəbər verilib.
Verilişdə qeyd edilib ki, naməlum şəxslər müğənnini meşəyə aparıb döyəndən sonra orada atıb gediblər. Onu huşsuz vəziyyətdə polislər tapıb. İlkin tibbi yardımdan sonra V.Muradov polis tərəfindən dindirilərək, hadisə barədə ondan məlumat toplanılıb.

Məlum olub ki, Vüqar Muradovu Moskvaya toya dəvət edənlər azərbaycanlılar olub, hətta qabaqcadan 1000 dollar beh veriblərmiş. Onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər.

Hadisənin təfərrüatları barədə lent.az-a açıqlama verən V.Muradovun yaxın dostu, iş adamı, bəstəkar Ruslan Əhmədoğlu bildirib ki, ifaçını Moskvaya toya təklif edən şəxs azərbaycanlı prodüser olub: “Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? O da dedi ki, toyu mənə təklif edən şəxs aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə, düşünmədən razılıq verdi. İndi biz aşıq Samirə ilə də əlaqə saxladıq, dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".   

R.Əhmədoğlu V.Muradovun döyülməsinin kim tərəfindən sifariş olunduğunu da təxmin etdi: “Bir müddət öncə Vüqar həmkarı Fidan Süleymanova ilə efirdə söhbətində İmişli rayonu barədə bəzi fikirlər səsləndirmişdi. Onu Moskvada döyən adamlar da Vüqara deyiblər ki, “sən kimsən ki, İmişliyə sataşmısan?”. Onu da deyim ki, Fidan xanım özü də hazırda Moskvadadır. Vüqar xaraktercə aqressivdir. Ola bilər ki, fikrini deyib, kimlərinsə xoşuna gəlməyib, cavabında bu işi ediblər. Onu döyən şəxslər hadisədən sonra verdikləri 1000 manat pulun 900 manatını götürərək, ərazidən uzaqlaşıblar. Artıq Vüqarla bütün əlaqələrini quran adam da tapılıb. Hadisəni törədənlərdən biri də Şəmkir sakinidir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bu işdə əli olan hər kəs cəzalandırılacaq”.

 R.Əhmədoğlu onu da əlavə etdi ki, hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova məlumat verilib.   

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə