Modern.az

Dövlət başçıları təyyarə qəzası baş verən əraziyə gediblər

Dövlət başçıları təyyarə qəzası baş verən əraziyə gediblər

Təhsil

25 Mart 2015, 23:55


Martın 25-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İspaniyanın Baş naziri Mariano Raxoy Almaniyaya məxsusu A320 sərnişin təyyarəsinin qəzaya uğradığı əraziyə gediblər.

Modern.az xəbər verir ki, xarici KİV-lərə yayılan məlumata görə, siyasi liderlər helipokterlə təyyarənin düşdüyü ərazi üzərindən uçublar. Sonra onlar xilasetmə əməliyyatının qərargahı yerləşən Sen lez-Alp qəsəbəsinə gəliblər. Burada dövlət başçıları xilasedicilərlə görüşüb, xilasetmə işləri və istintaqın gedişatı ilə bağlı son məlumatlarla tanış olublar. Dövlət başçıları Sen lez-Alpda keçiriləcək matəm mərasimində də iştirak edəcəklər.

Xatırladaq ki, martın 24-də Barselonadan Düsseldorf şəhəri istiqamətində hərəkət edən Almaniyanın “Germanwings” hava yolları şirkətinə məxsus Airbus A320 sərnişin təyyarəsi Fransanın Digne-les-Bains regionunda qəzaya uğrayıb. Qəza nəticəsində 150 nəfər həlak olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə