Modern.az

Zəlimxan Məmmədli: "Bu cür davranış sərgiləmək olmaz"

Zəlimxan Məmmədli: "Bu cür davranış sərgiləmək olmaz"

Təhsil

26 Mart 2015, 10:52


2014-cü ilin oktyabrından  “Borçalı” cəmiyyətinin sədri  Zəlimxan Məmmədlinin  Gürcüstana  daxil olmasına qadağa qoyulub.  Dəfələrlə  Gürcüstan hökumətinə müraciətlər olsa da, hələ ki, yekun fikir söylənilməyib.  Zəlimxan Məmmədli isə ona qarşı qadağanı cəmiyyətə təzyiq kimi qiymətləndirib.

Modern.az-a açıqlamasında  Zəlimxan Məmmədli deyib ki, Novruz bayramı ərəfəsində  Gürcüstana buraxılmasına daha çox ümid edib.

“Çünki  son limit olaraq mart ayının 21-nə qədər  Gürcüstana buraxılacağımı bütün hallarda gözləyirdim. Düşünürdüm ki, mənim Gürcüstanda doğulduğumu nəzərə alaraq Novruz bayramı ərəfəsində  Gürcüstana buraxılmağımı  təmin edərlər. Təəssüflər olsun ki , Gürcüstan  hakimiyyətinin  təfəkküründə öz xalqı da daxil,  sağlam olmayan bir yanaşma var. Ona görə də məsələ əvvəlki vəziyyətdə qalıb”.

“Borçalı” cəmiyyətinin sədri  qeyd edib ki, Azərbaycan türkləri ilə bu cür davranış sərgiləmək olmaz.
“Azərbaycanın bütün rəsmi qurumlarından,  parlamentdən tutmuş bütün siyasi spektr Gürcüstan rəhbərliyinə müraciət edib. Türkiyədəki   dostlarımız da Gürcüstana  getməyimin təmin olunması üçün müraciət edib. Özümüz də hüquqi və mənəvi tərəfdən əlimizdən nə gəlirsə onu etmişik. Hər hansı günah sahibi deyilik.

Sadəcə, günahımız ondan ibarətdir ki, soydaşlarımızın fəallığını,  siyasi proseslərə müdaxilə və yaxud da inteqrasiya etməsini  istəyirik. Əgər bu günah kimi qəbul edilirsə deməli, Gürcüstan hakimiyyəti   idarə sistemini bacarmır. Ümumiyyətlə, bölgədəki Azərbaycan türkləri ilə bu cür davranış sərgiləmək  yaxşı nəyinsə baş verəcəyini şübhə altına alır”.

Namidə BİNGÖL 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə