Modern.az

Yaralanmış erməni əsgər öldü

Yaralanmış erməni əsgər öldü

Təhsil

26 Mart 2015, 11:56


Martın 19-da cəbhənin Goranboy rayonu istiqamətindəki toqquşma nəticəsində yaralanmış erməni əsgərlərdən biri bu gün səhər ölüb.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, bir həftədir Xankəndindəki hospitalda müalicə olunan Samvel Akopyandır. Həkimlər onu xilas edə bilməyiblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə