Martın 26-da Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında yataq dəsti yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının kəşfiyyatı zamanı ev sahibi 1960-cı il təvəllüdlü Soltanı Ağagül Əlbala oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az