Modern.az

Yəməndəki gərginlik: Kim kimi dəstəkləyir?

Yəməndəki gərginlik: Kim kimi dəstəkləyir?

27 Mart 2015, 10:47


Səudiyyə Ərəbistanı 100 təyyarə ilə Yəməndəki İran dəstəkli Husiləri vurur. 150 min əsgərlə quru hərəkatı qapıdaykən İran tərəfi  “Lazım olanı edəcəyik” deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran dəstəkli şiə Husi milislərlə, Dövlət Başçısı Əbd Rabbi Mansur Hadinin tərəfdarları arasındakı qarşıdurmalar səbəbiylə faktiki olaraq bölünən Yəmənə gözlənilən müdaxilə reallaşıb.  

Hadinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda “könüllü ölkələrə” hərbi müdaxilə çağırışı etməsinin ardından Səudiyyə Ərəbistanı liderliyindəki 10 ölkə Yəmənə qarşı hava əməliyyatına başlayıb. Gecə saatlarında başlayan əməliyyata “Qərarlı Fırtına” adı verilib.  

Əməliyyatın başladığını eşitdirən Səudiyyə Ərəbistanının ABŞ səfiri Adil əl-Cubeyr, “Hadinin qanuni hökumətini qorumağı planlaşdırırıq” deyib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan ABŞ prezidenti Barak Obamanın, Yəmənə qarşı hərbi əməliyyata dair məntiqi və kəşfiyyat dəstək səlahiyyətini verdiyini söyləyib. Əməliyyatın ardından gözlər İrana çevrilib.  

“Yəməndə nizamın təmin edilməsi üçün quru əməliyyatına da ehtiyac ola bilər” açıqlamasını verən Riyad rəhbərliyi ayrıca 150 min əsgərini sərhəddə hazır gözlətməkdədir. Hava əməliyyatına Birləşmiş Ərəb Əmirlikləri 30, Bəhreyn 15, Küveyt 15, Qatar 10, İordaniya 6, Mərakeş 6 və Sudandan 3 təyyarə daxildir.  Husilərin də təyyarələrlə cavab verdiyi bildirilir. Dəniz və hava qüvvələri əməliyyatda iştirak edəcəyini açıqlayan Misirin 4 döyüş gəmisi Süveyş Kanalına yönəlib. Misirli peyk yayımı təchizatçısı Nilesat da Husilərin idarəsindəki 4 TV kanalının yayımını dayandırıb.

Pakistan isə Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə qarşı ola biləcək bir təhdidə sərt cavab veriləcəyini açıqlayıb.   Əməliyyatların əsas hədəfi paytaxt Sana və Aden olub. Əməliyyatlarda 25 vətəndaşın öldüyü, 40 nəfərin də yaralandığı bildirilib. "Qərarlı Fırtına" hücumları səbəbiylə Yəmən hava sahəsi “qadağanlı bölgə” elan edilib. Körfəzdə istifadə gəmilərin bölgədən keçməməsi istənilib.  

Xarici İşlər Nazirliyi, Ankaraya Səudiyyə Ərəbistanı tərəfindən əvvəldən məlumatı verilən hərbi hərəkatı Türkiyənin dəstəklədiyini bildirdi. Açıqlamada “Qanuni Dövlət Başçısı Hadinin tələbiylə, bölgə ölkələrindən ibarət olan bir koalisiya gücü tərəfindən Husilərə qarşı başladılan hərəkatı dəstəkləyir; bunun Yəməndəki vətəndaş müharibəsi təhlükəsini önləyəcəyini inanırıq. Husi hərəkatı və xarici dəstəkçilərinə Yəmən və bölgədə sülhü təhdid edən davranışlarından imtina çağırırıq" deyib.    

Səudiyyə Ərəbistanı liderliyindəki Ərəb ölkələrinin Yəmən əməliyyatın ardından İrandan ilk şərh xarici işlər naziri Məhəmməd Cavad Zərifdən gəlib.

İran agentliklərinə görə Zərif, “Yəmənin suverenliyinə qarşı Səudiyyə liderliyindəki əməliyyat dərhal dayandırılmalıdır. Yəməndəki böhranı bitirmək üçün nə lazımdırsa edəcəyik” açıqlamasını verib. 

Gülşən Raufqızı  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə