Modern.az

Deputat matəm günlərinə qarşı çıxdı

Deputat matəm günlərinə qarşı çıxdı

27 Mart 2015, 17:40


“Tez-tez işlətdiyimiz Türk Dünyası termini reallığa uyğun gəlmir. Hazırda Dünyada yaşayan türklər var, ancaq türk və yaxud müsəlman dünyası yoxdur. Reallıq budur ki, ingilis dünyası var, yəhudi dünyası var, rus və ya çin dünyası var, ancaq Türk dünyası hələ ki, arzu olaraq qalır. İngilislər və yəhudilər barmaqları ilə sözün məcazi mənasında bu dünyanı fırlayırlar, biz isə firlayan deyilik, fırlananıq”.

Modern.az xəbər verir ki, bunu Türkiyə və Azərbaycan Evi və Azəri-Türk Qadınlar Cəmiyyətinin mükafatvermə tədbirində çıxış edən deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Türk dünyasının yaranması üçün hələ uzun illər çalışmalıyıq və işə tarixdəki matəm günlərini ləğv etməklə başlamalıyıq:

“Burada Azərbaycan nə edə bilər? Hər halda bu sualın cavabları çoxdur, məncə başlamalı olduğumuz işlərdən birincisi tariximizdə, bu günümüzdə bütün matəm günlərini ləğv etməkdir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir”.

Deputat həmçinin Novruz bayramı ilə bağlı verilən 9 günlük istirahətə də qarşı çıxıb: “Melanxolik bir millət olmaqdan qurturmalıyıq. Bir də bu qədər problemi olan bir xalq, millət, dövlət bir bayramda 9 gün istirahət edirsə, demək hələ də uzun illər fırlanmalı olacağıq. İngilislərin, yəhudilərin, rusların, farsların barmağı ilə. Çünki dəyişmək istəmirik”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə