Martın 24-də Fransanın Alpes-les-Bains regionunda qəzaya uğrayan Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin ikinci pilotu Andreas Lubits barədə əldə edilən yeni faktlar müəmmalı qəzanın başvermə səbəblərinə qismən aydınlıq gətirib.
Qeyd edək ki, Fransada göyərtəsində 150 nəfərin olduğu "Airbus A320" təyyarəsinin qəzaya uğraması bir neçə gündür ki, gündəmdədir. Avropanın mərkəzində ən müasir tələblərə cavab verən təyyarənin Alp dağlarına çırpılması ilk vaxtlar müxtəlif versiyaların səsləndirilməsinə səbəb olsa da, Fransanın Marsel şəhər prokurorluğunun keçirdiyi geniş mətbuat konfransı mənzərəyə aydınlıq gətirdi.
Marsel prokuroru Boris Roben qəzanın bədbəxt hadisə olmadığını deyib. İstintaqın fikrincə, 28 yaşlı ikinci pilot Andreas Lubitsin pilot kabinetində təkbaşına qalmasından istifadə edərək, təyyarəni bilərəkdən 2 min metr yüksəklikdə yerləşən dağlara çırpıb.
Modern.az