Modern.az

Xatirələr insanda yaddaş pozuntusu yaradır

Xatirələr insanda yaddaş pozuntusu yaradır

27 Mart 2015, 21:54


İnsan beynində yaddaşa cavabdeh olan müxtəlif hissələr öz aralarında rəqabət aparır. İnsan nəyisə tez-tez yada salırsa, başqa informasiyaları da bir o qədər  pis xatırlayır.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın  neyrobioloq-alimləri apardıqları təcrübələrin nəticəsində nəyisə çox xatırlamağın insan yaddaşına böyük  ziyan vurduğunu aşkarlayıblar.

Aparılan sınaqlarda insanlara bir az əvvəl nümayiş etdirilən şəkilləri xatırlamaqları tapşırılıb.

Beynin fəallığını maqnit-rezonans tomoqrafiyasının köməyi ilə müşahidə edən tədqiqatçılar müəyyən xatirəni və onun üçün tipik beyin fəallığının şəklini dəqiq müqayisə etməyə müvəffəq olublar.

Sınaq müddətində bir neçə xatırlama seansları keçirilib və hər dəfə könüllülərə məhz konkret obraza diqqəti cəmləmək tapşırılıb.

Lakin əldə edilən  nəticələr xatırlama prosesi zamanı başqa anlayışlar haqqında yaddaşın getdikcə zəiflədiyini sübut edib.

Elmin NURİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə