Modern.az

Türkiyədə 6 azərbaycanlı dəm qazından zəhərlənib, 1-i ölüb

Türkiyədə 6 azərbaycanlı dəm qazından zəhərlənib, 1-i ölüb

28 Mart 2015, 10:47


Türkiyənin Bursa vilayətində 6 azərbaycanlı dəm qazından zəhərlənib, bir nəfər ölüb. Bu barədə Trend Türkiyənin Bursahakimiyet qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən , Telman Əhmədov, Cumali Əhmədov,Günəş Əhmədov, Sevgi Əhmədova, Səltənət Əhmədoğlu, Mələk Əhmədoğlu dəm qazından zəhərləniblər. Digər azərbaycanlı 31 yaşlı Tərlan Əhmədov isə dəm qazından zəhərlənərək ölüb.

Məlumata əsasən, hazırda dəm qazından zəhərlənmiş 6 azərbaycanlı nəfər xəstəxanaya yerləşdiriliblər.

Xəstələrin vəziyyəti qənaətbəxşdir.

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə