Modern.az

Sabiq prezident: "Oğlum müharibəyə böyük şərəflə gedəcək"

Sabiq prezident: "Oğlum müharibəyə böyük şərəflə gedəcək"

28 Mart 2015, 13:20


Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko oğlu Andreyin Donbasda separatçılara qarşı vuruşmağa hazır olduğnu bildirib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezident ölkədəki səfərbərlik şəraitində oğlunun çağırış vərəqi almasını dəqiq bilmədiyini, amma istənilən halda müharibəyə böyük şərəflə gedəcəyini deyib.

"Hazırki səfərbərlikdə oğluma çağırış vərəqinin gəlməsindən xəbərsizəm. Bunu ondan soruşmaq lazımdır. Amma istənilən halda Andrey böyük şərəflə Donbasa gedəcək".

Ukrayna Müdafiə Nazirliyi kütləvi səfərbərlik yolu ilə 50 min nəfəri hərbi xidmətə cəlb etməyi planlaşdırır. Hazırda plan 76% icra olunub. Hazırda plan 76% icra olunub.

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə