Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

28 Mart 2015, 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, martın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var.

Gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə duman, çiskin, gün ərzində arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15, dağlarda gecə 0-3 isti, gündüz 3-8 dərəcə isti olacaq.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə